Yuxarı

“Türkiyə bununla düşmənə rəvac vermiş oldu”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb Türkiyənin üz çevirdiyi kürdlərdən indi öz maraqları üçün istifadə edir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu Almaniyanın İŞİD-ə qarşı mübarizədə kürd döyüşçülərini silahlandırmasına və bunun bölgənin geosiyası vəziyyətinə nə dərəcədə təsir edəcəyinə aydınlıq gətirərkən deyib.

Politoloqun sözlərinə görə, regionda kürdlərin İŞİD-ə qarşı mübarizədə təklənməsindən Qərb indi rahatlıqla istifadə edir:

"Qərb tərəfindən dəstəklənən və İŞİD-ə qarşı mübarizədə gücləndirilən kürdlər gələcəkdə müttəfiqliyə can atacaqlar. Bu da istənilən halda həmin kürdlərə silahlı dəstələri və yaxud da yarada biləcəkləri qurumlar vasitəsilə bölgədəki proseslərə təsir etmək imkanı yaradacaq. Bu, bölgə dövlətləri üçün əsas təhlükə mənbəyinə çevrilə bilər. Məsələn, Türkiyə. Problem ondadır ki, Türkiyənin bu istiqamətdəki siyasəti yanlış idi. Faktiki olaraq kürdləri İŞİD-lə üz-üzə qoymaqla Türkiyə düşmənçilik üçün rəvac vermiş oldu. Şübhə etmirəm ki, güclənən kürdlər bölgədə öz dövlətlərini qurmaq üçün yenidən aktivləşəcəklər. Bunun alınıb-alınmayacağı isə bir çox amillərdən asılıdır. Ancaq istənilən halda bu addım bölgə üçün müəyyən təhdidlər yaradacaq. Buna görə də bölgə dövlətləri bu məsələdə həssas olmalıydılar. Nəzərə alınmalı idi ki, İŞİD kimi bir ümumi təhlükə mənbəyi var və onlara qarşı mübarizədə kürdlərə dəstək göstərilməlidir. Ancaq etmədilər. İndi də Qərb bundan rahatlıqla istifadə edir".

Xatırladaq ki, Almaniya Federativ Respublikası İŞİD-lə mübarizə üçün İraq Kürd Muxtar Bölgəsinə yeni partiya silah göndərəcək. Bu yardım Almaniya tərəfindən keçən ilin yayından göstərilir. Berlin öz hərbçiləri vasitəsi ilə kürd silahlılarının hazırlanmasında da iştirak edir.

Tarix
2015.02.11 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla