Yuxarı

Təmas qrupu atəşkəsə razılaşdı: növbə prezidentlərindir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təmas qrupu atəşkəsə razılaşdı: növbə prezidentlərindir

Ukrayna böhranının həlli istiqamətində Rusiya, Ukrayna, ATƏT nümayəndələri ilə Donetsk və Luqanskın separatçı nümayəndələri arasında Minskdə keçirilən görüşdə razılıq əldə olunub.

Axar.az xəbər verir ki, Təmas qrupu danışıqlarında atəşkəsin təmin edilməsi və ağır silahların məskunlaşma ərazilərindən çıxarılması mövzusunda razılıq əldə edib.

Təmas qrupunun iclasında Moskvanı Kiyevdəki səfir Mixail Zurabov, Ukraynanı isə qeyri-hökumət lideri Viktor Medvedçuk və keçmiş prezident Leonid Kuçma təmsil edib. Separatçı bölgələrdən isə danışıqlara Denis Puşilin və Vladislav Deyneqo, ATƏT tərəfdən isə xüsusi nümayəndə Heydi Talyavini qatılıb.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Pyotr Poroşenko, Almaniya Kansleri Angela Merkel və Fransa dövlət başçısı Fransua Ollandın iştirakı ilə Minskdə yekun danışıqlar başlayacaq.

Analitiklər bu görüşü son bir neçə ilin ən vacib görüşü olmaqla bərabər, sülhün təmin olunmasında son şans kimi qiymətləndirir.

Tarix
2015.02.11 / 09:55
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla