Yuxarı

ABŞ kəşfiyyatında İŞİD həyəcanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ kəşfiyyatında İŞİD həyəcanı

Suriya və İraqda terror dalğasına fasilə verməyən İŞİD-ə xarici ölkələrdən döyüşçülərin qatılması davam edir.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstriya, Almaniya və İngiltərə başda olmaqla Avropa ölkələrinin bir çoxundan terror təşkilatına qatılanların sayı açıqlanıb.

ABŞ kəşfiyyatı təşkilatdakı xarici üzvlərin sayının 20 minə çatdığını bildirib.

Bundan əlavə, 150 nəfərə yaxın ABŞ vətəndaşının Suriyaya getdiyi, onlardan bəzilərinin döyüşlərdə öldüyü açıqlanıb. ABŞ kəşfiyyatından olan məsul şəxslər Suriyaya gedən xarici vətəndaşların son 20 ildə Əfqanıstan, Pakistan, İraq, Yəmən və Somaliyə gedən şəxslərdən daha çox olduğunu bildirib. Kəşfiyyat nümayəndələri həmin insanların öz ölkələrinə qayıtdıqdan sonra hər hansı terror aktı törətməsindən də narahat olduqlarını dilə gətirib.

Qeyd edək ki, Barak Obama ABŞ ordusuna İŞİD-ə qarşı üç il müddətində hərbi güc istifadə etmə səlahiyyəti verilməsi üçün qanun layihəsi hazırlayıb. Layihənin yaxın günlərdə Konqresə təqdim olunacağı gözlənilir.

Tarix
2015.02.11 / 19:52
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla