Yuxarı

Əfqanıstandakı ABŞ-SSRİ savaşı Ukraynada təkrarlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqanıstandakı ABŞ-SSRİ savaşı Ukraynada təkrarlanır

"Bir vaxtlar SSRİ Əfqanıstana müdaxilə edəndə ABŞ özü savaşa girməsə də, əfqanlara yardım etdi. Nəticədə SSRİ Əfqanıstandan çıxmaq məcburiyyətində qaldı".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Azər Qasımlı çıxış edib. O, Putinin geri addım atmayacağı təqdirdə bunun Ukrayna-Rusiya arasında açıq savaşa gətirib çıxaracağını bildirib:

"Bu gün "Normand dördlüyü"nün toplantısında baş verəcək danışıqların nəticəsindən təkcə Ukraynanın deyil, Avropanın da gələcəyi asılıdır. Putin qeyd-şərtsiz rus əsgərlərini və texnikasını Ukraynanın şərqindən çıxarmalıdır. Eyni zamanda Donbasın və Krımın taleyi ilə bağlı referendumun keçirilməsinə, yaxud bu ərazilərin Ukraynanın tərkibində qalması şərti ilə yüksək özünüidarəetmə statusuna razı olmalıdır. Əks halda Qərb ölkələri (ilk növbədə ABŞ) mütləq Ukraynanı silahlandırmalıdır. Bu öz növbəsində Ukrayna-Rusiya arasında açıq savaşa yol aça bilər. Amma heç də düşünməyin ki, bu Rusiya-Qərb arasında savaşa gətirəcək. Çünki bir zamanlar SSRİ Əfqanıstana müdaxilə edəndə ABŞ özü savaşa girməsə də, əfqanlara yardım etdi. Nəticədə SSRİ Əfqanıstandan çıxmaq məcburiyyətində qaldı. Hazırda isə Rusiyanın açıq şəkildə Ukraynaya müdaxilə etmək imkanları daha məhduddur. Çünki SSRİ-dən fərqli olaraq Rusiya bu gün dünyada təklənib və iqtisadi vəziyyəti daha ağırdır".

Politoloqun sözlərinə görə, Rusiya Krımı özünə birləşdirməklə böyük səhvə yol verib:

"Krımın işğalı nəticəsində beynəlxalq hüquq ABŞ Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkə tərəfindən hələ belə ciddi şəkildə zədələnməmişdi. Hətta rusların köməyilə Qarabağı işğal edən Ermənistan da işğal etdiyi əraziləri rəsmi olaraq özünə birləşdirməyib və hər zaman müharibənin Qarabağla Azərbaycan arasında getdiyini deyib. Elə ABŞ-ın özü də vaxtilə İraqa müdaxilə etmişdi. Amma heç bir zaman o, hər hansı bir ölkənin ərazisini rəsmi olaraq öz ərazisinə qatmamışdı".

Tarix
2015.02.11 / 22:31
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla