Yuxarı

Ölkənin ən böyük narkobaronu öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkənin ən böyük narkobaronu öldürüldü

Meksikada narkotik şəbəkəsinin lideri ailəsində təşkil edilən bir qonaqlıqda sui-qəsd nəticəsində öldürülüb.

Meksikada narkotik şəbəkələri arasında çıxan qarşıdurmalarda yüzlərlə insan öldürülür. Bu dəfəki "qurban" ölkənin ən böyük narkobaronu Fransisko Rafael Arellano Feliks olub.

"Axar.az"ın "Sabah"a istinadən verdiyi məlumata əsasən, Feliks ailə içində təşkil edilən qonaqlıqda yanına yaxınlaşan kloun geyimində bir adam tərəfindən tapançayla vurularaq öldürülüb. Polis 63 yaşlı narkobaronun Kabo San Lukas şəhərində olan bir oteldə başından və sinəsindən vurulduğunu bildirib. Narkotik üstündə üç qardaşı həbs olunan və bir qardaşı öldürülən Fransisko Rafael ailəsinə aid bütün işləri tək başına yerinə yetirirmiş. Rafaelin ölümündən sonra işlərin başına onun qızı və nəvəsinin keçəcəyi gözlənilir. 1980-1990-cu illərdən bu yana Meksikanın ən əhəmiyyətli və ən geniş narkotik ticarətini yerinə yetirən Arellano Feliks ailəsinin ABŞ-a tonlarla kokaini qaçaq yolu ilə apardığı məlumdur.

Tarix
2013.10.21 / 14:19
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla