Yuxarı

ABŞ səfirliyi ələ keçirildi – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ səfirliyi ələ keçirildi – Son dəqiqə

ABŞ-ın Yəməndəki səfirliyi üsyançılar tərəfindən tutulub.

Axar.az xəbər verir ki, Oman və Qətər hökumətlərinin dəstəyi ilə ölkədən çıxarılan səfirlik işçiləri son anda xilas ola bilib. Səfirliyə məxsus silahlı hərbi avtomobillərin və çoxlu mühüm sənədlərin üsyançıların əlinə keçdiyi bildirilir.

Bu arada ABŞ Dövlət Departamenti işinə xitam verdiyi Yəmən səfirliyi işçilərinin Vaşinqtona gəldiklərini açıqlayıb. Departamentin sözçüsü Cen Psaki səfirliyin bir neçə silahlı avtomobilinin Husi üzvlərinin əlinə keçdiyini təsdiq edib:

"Oman və Qətər hökumətlərinin köməyi ilə səfirliyimizin işçiləri Yəməndən çıxarıldı. Hazırda onlar yoldadırlar. Lakin bir sıra silahlı nəqliyyat vasitələri üsyançıların əlinə keçib".

Oman və Qətər rəhbərliyinə təşəkkür edən xanım Psaki bölgədəki son səfirlik işçilərinin qırıcılar vasitəsilə ölkədən çıxarıldığını deyib.

Daha sonra Psaki üsyançıların əlinə keçən hərbi vasitələrin, sənədlərin geri qaytarılmasını tələb edib:

"Bunu araşdırırıq. Bu, qətiyyən qəbul edilə bilməz. Mülklərimizə və sahib olduqlarımıza hörmət edilməlidir. Sanaya geri dönməyimizin ən əsas şərti onların geri qaytarılmasından ibarətdir".

Tarix
2015.02.12 / 12:56
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla