Yuxarı

Ucuz rus malları erməniləri hiddətləndirib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucuz rus malları erməniləri hiddətləndirib

Rusiyadan Ermənistana ucuz un idxalı ölkə daxilindəki istehsalçılara ağır zərbə vurub.

Axar.az xəbər verir ki, rublun məzənnəsinin kəskin şəkildə düşməsi Rusiyadan Ermənistana idxal edilən malların ucuz başa gəlməsinə səbəb olub. Yerli istehsalçılar artıq daxili bazarın itirilməsindən və idxal edilən ucuz unun keyfiyyətindən şikayətlənirlər.

Rusiyadan ucuz qiymətə un idxalı yerli şirkətlər üçün daha sərfəli hala çevrilib və nəticədə yerli fermerlərin məhsulları ortada qalıb.

Ermənistanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi Armen Yeqanyan daxili bazarda yerli istehsalçıları qorumaq üçün müəyyən məhsulların idxalını məhdudlaşdıra biləcəklərini açıqlayıb.

Qeyd edək ki, artıq AİB-in üzvü Qazaxıstan yerli bazarı qorumaq üçün Rusiyadan müəyyən malların idxalına tam və ya qismən qadağa qoyulmasını müzakirə edir.

Tarix
2015.02.12 / 15:55
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla