Yuxarı

Mehman Hüseynov “Azadlıq” radiosunu suçladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehman Hüseynov “Azadlıq” radiosunu suçladı

"Mən özüm 6 aydır ki, qardaşımın yerini bilmirdim. Bu məlumat elə mənim üçün də gözlənilməz oldu. Xəbərin özündən daha gözləniləməz olan isə "Azadlıq" radiosunun Bakı bürosunun bu materialı yayımlamasıdır".

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış foto-reportyor Mehman Hüseynov qardaşı Emin Hüseynovun İsveçrə səfirliyinə sığınması ilə bağlı xəbərlərdən danışarkən deyib. Xəbərin özünə və səhih olub-olmadığına deyil, yayıldığı mənbəyə münasibət bildirən M.Hüseynov qeyd edib ki, "Azadlıq" radiosunun İsveçrə telekanallarından birinə istinadən bu xəbəri yayması çox gözlənilməzdir:

"Eminlə bağlı son 6 ayda bir neçə dəfə bu tipli xəbərlər xarici mediada yazılıb. "Azadlıq" radiosu heç zaman belə tipli xəbərləri yaymayıb. Mən deyə bilmərəm bu xəbər onlara necə gedib çıxıb, ancaq bir şey dəqiqdir ki, radio rəhbərliyinin icazəsi olmadan bu xəbəri yaya bilməzdilər. Nə üçün etdiklərini bilmirəm, yəqin onlar da digərləri kimi xəbər qıtlığından əziyyət çəkir".

"Azadlıq" radiosunun Bakı bürosunun redaktoru Zeynal Məmmədli isə bildirdi ki, onların Bakıdakı fəaliyyəti dayandırılıb və buna görə də bu məsələ ilə bağlı Praqada yerləşən baş ofislə əlaqə saxlamaq lazımdır.

Xatırladaq ki, Emin Hüseynov avqust ayından yoxa çıxıb və hara getdiyi bilinmir. Onun ofisində axtarış aparılıb, kompüterləri müsadirə olunub. E.Hüseynovun isə həmin vaxtdan sığındığı yer barədə müxtəlif xəbərlər dolaşır.

Tarix
2015.02.12 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla