H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Video
01:55
| Ana səhifə Planet |
|
"İran, Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün qəbul edilməsi prosesi bu il başlanır".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Çindəki səfiri Andrey Denisov çıxış edib. O, rəsmi Moskvanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişlənməsini müsbət qarşıladığını bildirib:
"İran, Pakistan və Hindistan hazırda Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür. Lakin bu üç ölkə rəsmi müraciətlə təşkilata üzv olmaq istədiklərini bildiriblər. Onların Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün qəbul edilməsi prosesi bu il başlanır. Bu məsələ siyasi qərarların verilməsində önəmli rol oynayacaq".
Qeyd edək ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan ŞƏT-in tamhüquqlu üzvləri sayılır.
|
Tarix
2015.02.12 / 16:55
|
Müəllif
İlham Sahiloğlu
|