Yuxarı

Yunanıstanı Bakıdakı tədbirdə səfir təmsil edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstanı Bakıdakı tədbirdə səfir təmsil edə bilər

Yunanıstanın Baş naziri Antonis Samarasın başçılıq etdiyi nümayəndə heyəti təyyarədə yaranan nasazlıq üzündən Bakıya gələ bilmir.

Bu barədə "Etnos" qəzeti yazır.

"Axar.az" Trend-ə istinadən xəbər verir ki, A.Samaras "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının və Trans-Adriatik qaz boru kəməri layihəsi (TAP) üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da axşam saatlarında Azərbaycana səfərə yol düşüb. Lakin təyyarə hava qalxdıqdan 15 dəqiqə sonra idarəetmə sistemində yaranan nasazlıq səbəbindən Elefsina hərbi aerodromuna məcburi eniş edib.

Qəzet yazır ki, Elefsina aerodromunun texnikləri nasazlığı aradan qaldıraraq sınaq uçuşu həyata keçiriblər, lakin yeni uçuşu təhlükəsiz hesab etməyiblər: "Hazırda Yunanıstan nümayəndə heyətini Bakıya gətirmək üçün vasitə yoxdur. İmzalanma mərasimində Yunanıstanı Azərbaycandakı səfir təmsil edəcək. TAP Yunanıstan üçün strateji əhəmiyyətli layihədir".

Qəzet, həmçinin qeyd edir ki, A.Samaras Brüsselə, Avropa qrupu ölkələrinin görüşünə adi reyslə gedəcək.

Qeyd edək ki, bundan əvvəl təyyarənin texniki baxışdan sonra yenidən havaya qalxacağı bildirilirdi.

Məcburi enişdən sonra Baş nazir öz iqamətgahına qayıdıb.

Tarix
2013.12.17 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla