Yuxarı

"Forbes": Putin Bakını tutacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Forbes": Putin Bakını tutacaq

Nüfuzlu "Forbes" nəşri içərisində Azərbaycanın da adı hallanan məqalə dərc edib.

ANS-in məlumatına görə, "Obama və Merkel Putini anlaya bilmir" adlı məqalənin müəllifi Melik Keylendir.

Keylen qərbin Ukraynaya silah göndərib-göndərməməsi məsələsində dəqiq bir fikrə gəlmədiyini bildirir. Lakin müəllif dəqiq qərarın verilə bilməməsini normal hesab edir. Belə ki, Keylen qeyd edir ki, hətta Ukrayna ordusuna silah verilsə belə, onlar bundan istifadə edə bilməyəcəklər. Hətta ordu separatçıları vurub sıxışdırsa belə Rusiyanın uzaqdan artileriya köməyi separatçılara vaxtında çatacaq.

Lakin, Keylenin fikrincə Ukraynaya kömək etməmək də faciəvi sonluğa gətirib çıxara bilər. Əhalisi heç də etnik rus olmayan Abxaziya və Cənubi Osetiyadan başqa, Krım, Donetsk indi isə Debaltsevonu misal gətirən müəllif Putin aqressiyasının qarşısının alınmasını vacib amil hesab edir.

"Əgər Putinin qarşısı alınmasa, bundan sonra Baltikyani, sonra Şərqi Avropa, daha sonra isə Bakı neft yataqları gələcək"- deyə Keylen yazır.

"Putin 90-cı illərdə itirdikləri uğrunda mübarizə aparmır, o 70-ci illəri qaytarmaq istəyir. Bu maksimalist qlobal bir siyasətdir. Artıq sıxışdırılmış rusların xilası barədə laqqırtılar bizə yetər. O sadəcə Moskva imperiyasını qaytarır"- deyə Keylen sərt mövqe göstərib.

Tarix
2015.02.12 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla