Yuxarı

Poroşenko: “Boyun əymədim, şərt qəbul etmədim…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko: “Boyun əymədim, şərt qəbul etmədim…”

Ukrayna Prezidenti Pyotr Poroşenko Minsk razılaşması ilə bağlı verdiyi növbəti açıqlamasında heç bir şərti qəbul etmədiklərini, heç bir ultimatuma boyun əymədiklərini deyib.

Axar.az xəbər verir ki, Poroşenko müzakirələrin çox çətin keçdiyini qeyd edib:

"Bu, asan bir proses olmadı. Bizə qarşı çox fərqli və qəbuledilməz şərtlər səsləndirildi. Ancaq biz heç bir şərtlə razılaşmadıq. Məqsədimiz atəşkəsin şərtsiz təmin edilməsi idi. Mən Təmas qrupunun müqaviləni sıx müzakirələr və böyük bir gərginlik altında imzaladığını söyləyə bilərəm. Burada ən böyük uğur hər hansı bir şərt olmadan atəşkəsin 15 fevral 00:00-dan etibarən qəbul edilməsi oldu".

Qarşılıqlı olaraq bütün əsirlərin 19 gün ərzində sərbəst buraxılacağını deyən Kiyev rəhbəri ağır artilleriyanın 14 gün ərzində geri çəkiləcəyini də açıqlayıb:

"Bütün əsirlər və girovlar 19 gün ərzində azadlığa qovuşacaq. Ağır silahların geri çəkilməsi isə 14 günə reallaşacaq. Muzdlu döyüşçülərin ölkədən çıxarılması ilə bağlı da razılıq əldə olundu. Bütün muzdlu əsgərlər Ukraynadan çıxarılacaq".

Tarix
2015.02.12 / 23:42
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla