Yuxarı

Şiə məscidinə hücum: 19 ölü – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şiə məscidinə hücum: 19 ölü – Son dəqiqə

Pakistanın Pişəvər şəhərində şiə məscidinə silahlı hücum təşkil edilib.

Axar.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Hayber-Pakthukva əyalət informasiya naziri Müştaq Qəninin məlumatına görə, cümə namazı əsnasında həyata keçirilən hücumda 19 nəfər ölüb, 50 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, hücum edən şəxslər şiə məscidinə polis forması ilə girərək məscid növbətçilərinin üzərinə əl bombaları atıblar. Daha sonra fərq qoymadan hamıya atəş açmağa başlayan terrorçulardan biri isə təsadüfən özünü partladıb.

Hazırda məscidin içindəki terrorçularla hadisədən dərhal sonra hadisə yerinə gələn təhlükəsizlik qüvvələri arasında qarşıdurma davam edir.

Pakistan Baş naziri Nəvaz Şərif hücumu qınayan açıqlama verib.

Tarix
2015.02.13 / 15:06
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla