Yuxarı

İrandan növbəti şok: Səfiri səhvən saxlamışıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan növbəti şok: Səfiri səhvən saxlamışıq

Böyük Britaniya səfiri Robert Makeyr qanunsuz aksiyada iştirak edən naməlum əcnəbi vətəndaş kimi saxlanılıb. Onun şəxsiyyəti məlum olduqdan sonra dərhal buraxılıb.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı bildirib.

“O, qanunsuz yığıncaqda iştirak edən naməlum əcnəbi kimi saxlanılmışdı. Polis mənə deyəndə ki, saxlanılan şəxs Britaniyanın səfiri olduğunu iddia edir, mən inanmadım. Yalnız onunla telefonla danışdıqdan sonra bildim ki, odur. 15 dəqiqə sonra o, azad edildi”, - Araqçı bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr ötən gün polis tərəfindən saxlanılmışdı. Makeyrin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb. Onun yenidən polis idarəsinə gedəcəyi və ifadə verəcəyi bildirilib.

Tarix
2020.01.12 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla