Yuxarı

ABŞ hərbçilərinin bazasına yeni hücum: yaralılar var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hərbçilərinin bazasına yeni hücum: yaralılar var - Video

21:13

İraqda amerikalı hərbçilərin olduğu “Bələd” hərbi bazası növbəti dəfə raket atəşinə tutulub.

Axar.az BBC-yə istinadən xəbər verir ki, bazaya azı 7 raket atılıb. Hücum zamanı 4 iraqlı hərbçinin yaralandığı deyilir. Bəzi dairələr yaralı sayının daha çox olduğunu yazır. Tələfatın qeydə alındığı istisna edilmir.

Yerli mənbələrin məlumatına görə, naməlum istiqamətdən atılan “Katyuşa” tipli raketlərin əksəriyyəti hədəfə tuş gəlib. Hazırda ərazidə şiddətli partlayışlar davam edir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İran dəstəkli qüvvələr tərəfindən təşkil olunduğu güman edilir.

Qeyd edək ki, Səlahəddin şəhərində yerləşən “Bələd” hərbi bazası İraqın ən böyük hərbi bazasıdır.

***

Bazaya hücum zamanı ABŞ əsgərləri xəsarət almayıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı rəsmi açıqlama yayıb.

Tarix
2020.01.12 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla