Yuxarı

“Saakaşvili yenidən hakimiyyətə gələcək...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Saakaşvili yenidən hakimiyyətə gələcək...”

"Gürcüstanda hazırkı hökumətin Saakaşvili tərəfdarlarına qarşı müxtəlif ittihamlarla çıxış etməsi ölkədə gedən daxili siyasi mübarizədən qaynaqlanır".

Bu sözləri Axar.az-a açıqlamasında son günlər Gürcüstanda Saakaşvili dövründən qalma hərbi rəislər və hüquq-mühafizə orqanlarındakı rəhbər vəzifələrdə işləyən şəxslərin kütləvi şəkildə istefasına aydınlıq gətirərkən politoloq Ərəstun Oruclu deyib.

Gürcüstandakı siyasi vəziyyəti şərh edən politoloq bunu indiki hökumətin uğursuz sabotajı adlandırıb.

"Saakaşvili partiyası tamamilə haqlıdır. Çünki vaxtilə onun müxtəlif dövlət orqanlarına gətirilmiş adamlarının hazırda yeni hakimiyyət tərəfindən sıxışdırılması baş verir. Bu da onunla əlaqədardır ki, əslində, Gürcüstanın indiki hökuməti daxili siyasətində kifayət qədər uğursuzdur. İqtisadi baxımdan heç bir uğur qazana bilməyiblər və əhalinin narazılığı da getdikcə artır. Saakaşvili korrupsiyaya faktiki olaraq son qoymuşdusa, artıq Gürcüstanda bu proses yenidən baş qaldırıb. Görünür, yeni hökumət bunu nəzərə alaraq potensial Saakaşvili tərfədarlarının aradan götürülməsi yolunu tutub. Qaribaşvili əslində, bununla öz seansına bəraət qazandırmağa çalışır. Bu, çox uğursuz bir əməliyyatdır. Fikir verin, yeni hökumət Saakaşvili partiyasının qəsdən hüquq-mühafizə orqanlarına qarşı hücuma keçdiklərini bildirərək bunu antidövlət fəaliyyəti adlandırır. Maraqlıdır, Saakaşvili öz adamlarını rəhbər orqanlardan niyə bilərəkdən uzaqlaşdırsın? Əksinə, əgər bu sabotajdırsa, onda indiki hakimiyyət üçün qorxulu olmamalıdır".

Politoloqun sözlərinə görə, Gürcüstanın hazırkı hökuməti çox zəifləyib:

"Çünki daxildə ziddiyyət hökm sürür. İndiki hökumətin çox uğursuz olduğunu nəzərə alaraq Saakaşvilinin yenidən hakimiyyətə qayıda biləcəyini istisna etmirəm. Özü olmasa da, partiyasının hakimiyyətə qayıtma ehtimalı olduqca yüksəkdir".

Tarix
2015.02.14 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla