Yuxarı

Xameneyi Obamaya gizli məktub göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneyi Obamaya gizli məktub göndərdi

İranın ali dini lideri Ayətullah Xameneyi ABŞ Prezidenti Barak Obamaya gizli məktub göndərib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Vol Strit" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Xameneyi öz məktubunda Obamanın ötən il ona yazdığı İranın nüvə proqramı ilə bağlı razılığa gəlmə çağırışına cavab verib.

Adını açıqlamayan diplomat Xameneyinin cavab məktubunun "sayğılı", lakin neytral olduğunu bildirib.

Qeyd edək ki, Obama tərəfindən göndərilən məktubun İsrail və Səudiyyə Ərəbistanından gizli saxlanması, dünya mediasında müxtəlif şərhlərə yol açmışdı. Obamanın bu addımı onun İŞİD-ə qarşı mübarizədə İranın da vacib rol oynadığını etiraf etməsi kimi şərh olunur.

Tarix
2015.02.14 / 10:40
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla