Yuxarı

İspaniyanın yeni hökuməti tarix yazdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniyanın yeni hökuməti tarix yazdı...

Pedro Sançesin başçılıq etdiyi, 22 üzvdən ibarət hökumət İspaniya demokratiyası tarixində ikinci ən böyük hökumətdir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Pedro Sançes müasir İspaniya demokratiyasında ilk koalisiyalı hökumətə başçılıq edəcək və onun rəhbərlik etdiyi kabinet, üzvlərinin sayına görə ən böyük hökumətlərdən biri olacaq. Buraya prezident, vitse-prezidentlər və nazirlərdən başqa daha 22 üzv daxildir.

İndiyə qədər ən böyük tərkibli hökumət Adolfo Suaeresin hökuməti olub. Onun kabinetinin 23 üzvü vardı.

Pedro Sançes İkinci Respublika dövründən bəri ilk dəfə olaraq solçu “Unidas Podemos” partiyası ilə birgə iclas keçirəcək. Sosialistlərin prezidenti Avropada ikinci ən böyük və çoxsaylı hökumət formalaşdırmağı qərara alıb. Burada rekord sayda – dörd vitse-prezident olacaq.

Pedro Sançesin siyasətinin əsas məqamlarından biri hökumətdə qadınların iştirak etməsidir. O, sonuncu sosial prezident Xose Luis Rodriges Sapaterodan nümunə götürərək gender pariteti yaratmaq istəyib və 11 kişi və 11 qadından ibarət komanda formalaşdırıb. Dörd vitse-prezidentdən 3-ü qadındır. Beləliklə, hətta paritet məsələləri barədə referentlər sayılan Skandinaviya ölkələri də onu üstələməyiblər.

İspaniyanın ən yeni tarixində 1978-ci ildə diktaturadan demokratiyaya keçid anından bəri Pedro Sançesin hökuməti ilk koalisiyalı hökumət olacaq.

Sançes birinci dərəcəli məsələləri sırasında iqtisadi artımın təmin edilməsini, iş yerləri yaradılmasını və Kataloniya məsələsinin həllini qeyd edib.

Tarix
2020.01.13 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla