Yuxarı

Jurnalistin qətlində təqsirləndirilən şəxsdən etiraf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistin qətlində təqsirləndirilən şəxsdən etiraf

Tədqiqatçı jurnalist Yan Kuçiakın və nişanlısı Martina Kuşnirovanın qətlindən təxminən iki il sonra cinayətdə təqsirləndirilən şəxs gözlənilmədən qətli törətdiyini etiraf edib.

Axar.az xəbər verir ki, indiyədək təqsirsiz olduğunu iddia edən və istintaq təcridxanasında saxlanılan M.Miroslav jurnalisti və nişanlısını baş və sinə nahiyələrinə odlu silahla atəş açaraq qətlə yetirdiyini boynuna alıb. Mühakimə olunanlar kürsüsündə onunla yanaşı, qətldə iştirakı ehtimal olunan daha bir şəxs – sifarişçi, iş adamı Marian Koçner və sifarişçi ilə qatillər arasında əlaqə yaradan qadın da əyləşirlər.

Qeyd edək ki, İtaliyanın mafiya klanlarının Slovakiyada hökumət dairələri ilə mümkün əlaqələri barədə araşdırmalar aparan Y.Kuçiak 2018-ci il fevralın 21-də qətlə yetirilib. Hadisədən sonra ölkədə geniş etiraz dalğaları başlayıb və Baş Nazir Robert Fitso, eləcə də bir neçə nazir istefa verməyə məcbur olub.

Cinayət işi üzrə məhkəmə prosesi Bratislavanın yaxınlığındakı Pezinok şəhərində aparılır.

Tarix
2020.01.14 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla