Yuxarı

Putin tarixi rekorda nail oldu - Statistika

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin tarixi rekorda nail oldu - Statistika

Rusiya İctimai Araşdırma Mərkəzinin keçirdiyi sorğu nəticəsində tarixi rekord məlum olub.

Axar.az xəbər verir ki, ölkənin 204 regionunda 3 min nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 85 faizi Prezident Vladimir Putinə güvəndiyini deyib. İştirakçıların 74 faizi isə seçkilərdə Putini dəstəkləyəcək.

Rusiyada digər siyasətçilərin reytinqində isə elə də dəyişiklik yoxdur. Sorğu iştirakçılarının 5 faizi sağçı Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezident olması üçün səs verəcəyini açıqlayıb. Kommunist Partiyasının lideri Genadi Züqanov isə 4 faiz səs toplaya bilib. Milyarder iş adamı Mixail Proxorov yalnız səs verənlərin 1 faizinin etimadını qazanıb.

Sorğunun nəticələri açıqlanarkən mərkəzin sədri Dmitri Badovski insanların Putinə rəğbət göstərməsinin səbəbi kimi xarici siyasətdə baş verən dəyişiklikləri əsas gətirib. Onun sözlərinə görə, Ukrayna böhranında Rusiyanın söz sahibi olması və diplomatik uğur putinsevənlərin sayını daha da artırıb.

Bundan başqa mərkəzin sədri Putinə dəstəyin artmasında ən əhəmiyyətli faktorlardan biri kimi mövcud iqtisadi böhrandan ölkəni çıxaracaq və yenidən sabitliyi təmin edəcək yeganə insan olaraq görülməsini əsas gətirib.

Xatırladaq ki, ötən ilin fevralında Putinə etibar edənlər 75 faiz, yenidən ona səs verənlərin sayı isə 45 faizə çatırdı. Putinə səs verəcəyini açıqlayanların nisbəti 2008-ci ildə 60 faiz ilə ən yüksək səviyyəyə çatmışdı.

Rusiya liderinə güvənməyənlərin sayı isə hələ də 7 faizdir.

Tarix
2015.02.14 / 16:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla