Yuxarı

Ukraynadan şok: İran təyyarəni qəsdən vurub!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan şok: İran təyyarəni qəsdən vurub!

Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq 737-800” təyyarəsinin Tehran yaxınlığında qəsdən vurulmasını istisna etməyib.

Axar.az xəbər verir ki, o, bu barədə “Ukraynskoy Pravda” qəzetinə müsahibəsində bildirib.

Qeyd edib ki, Ukrayna ekspertləri İranda bir neçə versiya üzərində işləyib, onlardan biri də təyyarənin raketlə vurulmasıdır.

“Deməliyəm ki, İran tərəfinin təyyarənin yanlışlıqla raketlə vurulduğunu etiraf etməsinə baxmayaraq, biz hələ bunun qəsdən və ya səhvən olduğunu araşdırırıq. Komissiya bütün versiyalara aydınlıq gətirmək üçün araşdırmalarını davam etdirir”, - deyə Yermak əlavə edib.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən Boinq-737 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Tarix
2020.01.14 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla