Yuxarı

Poroşenko: “Minsk razılaşmasına əməl olunmasa...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko: “Minsk razılaşmasına əməl olunmasa...”

Ukrayna Prezidenti Pyotr Poroşenko Minskdə əldə olunan razılaşma yerinə yetirilməyəcəyi təqdirdə Avropa Şurasının təcili yığıncağının çağırılacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Macarıstan Baş naziri Viktor Orban ilə görüşünün ardından mətbuata məlumat verən Poroşenko Olland və Merkelin təkcə Fransa və Almaniyanın təmsilçisi olmadığını deyib:

"Bazar günü erkən saatlarda ikitərəfli atəşkəs təmin ediləcək. Belə olmasa, biz Avropa Şurasını fövqəladə toplantıya çağıracağıq. Çünki Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Olland razılaşma çərçivəsində yalnız Almaniya və Fransanı təmsil etmir. Onlar bütün Avropa Birliyini təmsil edir".

Xatırladaq ki, Donetsk hərbi nümayəndələrindən Eduard Basurin yeni Minsk müqaviləsinə riayət etməyə hazır olduqlarını açıqlamışdı.

Tarix
2015.02.14 / 20:43
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla