Yuxarı

Poroşenko əmr verdi: döyüş dayandırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko əmr verdi: döyüş dayandırılır

Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin şərqində döyüşün dayandırılması barədə əmr verib.

Axar.az xəbər verir ki, Poroşenko Baş Qərargahda çıxışının gedişatında Ukraynanın şərqində dünya düzəninin qurulması prosesinin təhdidi altında olduğunu bildirib.

"Bu proses təhdid altındadır və mən bununla bağlı olaraq xəbərdarlıq edirdim",- deyə Poroşenko vurğulayıb.

Poroşenko qeyd edib ki, verilən sözə və öhdəliyə əməl edilir:

"Ukrayna həmişə öz üzərinə götürmüş beynəlxalq öhdəliklərin icrasına məsuliyyətlə yanaşıb. Silahlı Qüvvələr, Milli Qvardiya, Sərhəd Qoşunlarının bölmələri, Daxili İşlər Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti mənim əmrimi yerinə yetirəcək".

Qeyd edək ki, fevralın 12-də Minskdə Ukrayna problemi ilə bağlı "Normand dördlüyü" 14 saatlıq görüş nəticəsində razılaşma əldə edib. Razılaşmada fevralın 15-dən etibarən Ukraynanın şərqində atəşkəsin tətbiq olunacağı, ağır silahların geri çəkiləcəyi və təhlükəsizlik zonasının yaradılacağı nəzərdə tutulur.

Tarix
2015.02.15 / 11:13
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla