Yuxarı

Netanyahu dünya yəhudilərinə səsləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu dünya yəhudilərinə səsləndi

"Frans Presse" agentliyi İsrail Baş naziri Benyamin Netanyahunun bazar günü Danimarkanın paytaxtı Kopenhagenin ən böyük sinaqoqunda baş verən qanlı hadisədən sonra Avropada yaşayan yəhudilərə səsləndiyi barədə xəbər yayıb.

Musavat.com xəbər verir ki, Netanyahu yəhudiləri İsrailə köçməyə səsləyib: "İsrail sizə vətəndir. Biz Avropadan kütləvi şəkildə gələcək mühacirləri qəbul etməyə hazırıq".

Parisdə 17 nəfərin ölümünə səbəb olun terror aktından sonra da Benyamin Netanyahu oxşar bəyanatla çıxış etmişdi. Danimarkanın paytaxtı Kopenhagendə bir neçə saat ərzində baş vermiş iki terror hadisəsindən danışan baş nazir deyib:

"Ekstremist islam terrorizmi Avropanı yenidən silkələdi. Avropa torpaqlarında yenidən yəhudilərin qanı töküldü. Onlar məhz yəhudi olduqlarına görə öldürülürlər".

Baş nazir bildirib ki, hökumət Fransa, Belçika və Ukraynadan gələ biləcək mühacirlər üçün 45 milyon dollar vəsait ayırıb.

"Avropada və dünyanın hər yerində yaşayan yəhudilərə səslənirəm. Mən bildirirəm ki, İsrail qucağını açaraq sizi gözləyir" - Netanyahu qeyd edib.

Tarix
2015.02.15 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla