Yuxarı

Azərbaycanlı məmur istefaya getdi - Kreml uduzur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı məmur istefaya getdi - Kreml uduzur

Dərbənd Şəhər Administrasiyasının milliyətcə azərbaycanlı olan rəhbəri Mövsüm Rəhimov istefa verib.

Axar.az xəbər verir ki, bu məlumatı "Sadval"a yaxınlığı ilə seçilən "Ləzgi-yar.ru" saytı Dərbənd Şəhər Administrasiyasının Hüquq şöbəsinin rəhbəri Telman Mikayılova istinadən yayıb.

O, Rəhimovun bir müddət öncə Mahaçqalaya çağrıldığını və istefa etdiyini bildirib. Mikayılov onun istefa verməzdən bir az öncə milliyətcə avar olan Azadi Rəhimovu özünə müavin təyin etdiyini deyib.

Dərbənddəki azərbaycanlılar isə Axar.az-a bu məlumatın hələlik həqiqət olmadığını söyləyiblər:

"Mövsüm Rəhimovun vəzifədən getməsiylə bağlı hələlik rəsmi məlumat yayılmayıb və o, iş başındadır. Azadi Rəhimovla bağlı isə hələlik heç bir rəsmi məlumat yoxdur. Ləzgilər Yaraliyevi tam müdafiəyə qalxıblar. Onlar fevralın 27-də ləzgiləri yığaraq Yaraliyevə dəstək aksiyası keçirmək istəyirlər".

Qeyd edək ki, Dərbənd rəhbəri İmam Yaraliyevə qarşı bir müddət öncə cinayət işi qaldırılıb. Onun yaxın zamanlarda vəzifədən gedəcəyi gözlənilir. Yaraliyevin yerinə isə Moskva və Mahaçkalanın rəqibləri mübarizə aparır. Abdulatipov bu vəzifəyə keçmiş ədliyyə naziri Azadi Rəhimovu gətirmək istəyir. Moskva isə bu vəzifəni milliyətcə azərbaycanlı olan Xanlar Paşabəyova vermək niyyətindədir.

Mövsüm Rəhimov da Yaraliyevin yerinə iddialı olanlar sırasında idi.

Tarix
2015.02.16 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla