Yuxarı

Mərakeş də Berlin konfransından kənarda qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərakeş də Berlin konfransından kənarda qaldı

Mərakeş hakimiyyəti Liviya böhranı ilə bağlı Almaniyanın paytaxtı Berlində keçiriləcək zirvə görüşünə dəvət edilməməsini təəccüblə qarşılayıb.

Axar.az xəbər verir ki, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Mərakeş Almaniyanın ev sahibliyi etdiyi və ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin, Türkiyə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Konqonun qatılacağı konfransın iştirak prinsiplərini müəyyən edən meyar və motivləri başa düşmür”, - məlumatda bildirilib.

Qeyd edək ki, 19 yanvarda Liviya məsələsinin müzakirə edəcəyi konfransa sadalanan ölkələrlə yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Birliyinin nümayəndələri, eləcə də Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac və Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar dəvət edilib.

Tarix
2020.01.19 / 10:12
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla