Yuxarı

Avropalılar bunu etsə, razılaşmadan çıxacağıq - Zərif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İran məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxararsa, biz də nüvə razılaşmasından çıxacağıq.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, İran Prezidenti Həsən Ruhaninin 2018-ci ildə Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya dövlət başçılarına sözügedən məsələ ilə bağlı məktub göndərdiyini xatırladıb:

“Avropalıların verdiyi açıqlamanın heç bir qanuni əsası yoxdur. Avropalılar başqa bir addım atarsa, İranın nüvə silahlarının yayılmasının qarşısının alınması razılaşmasından çıxması gündəmə gələcək. Nüvə razılaşmasındakı öhdəliklərin azaldılması ilə bağlı mərhələ başa çatıb. Əgər avropalılar qanuni əsası olmayan hərəkətlərinə davam edərsə və ya İran məsələsini BMT TŞ-da müzakirəyə çıxararsa, razılaşmadan çıxarıq”.

Qeyd edək ki, 14 yanvarda İngiltərə, Almaniya və Fransa (E3) nüvə müqaviləsinin şərtlərini yerinə yetirməmək ittihamı ilə İrana qarşı Mübahisələrin Həlli Mexanizmini (MHM) işlə salmaq barədə qərar verib.

Tarix
2020.01.20 / 16:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla