Yuxarı

Nəhəng ölkə onun kassasında "oturub" - Ağalarov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəhəng ölkə onun kassasında "oturub" - Ağalarov

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin Baş nazir təyin edilməsini şərh edib.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Ağalarov "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Mişustinin "dünyada ən mükəmməl vergi sistemi” qurduğunu bildirib.

"Sizə bir şey deyə bilərəm: Mişustin dünyada ən yaxşı vergi sistemi qurub. Mən bunu başqalarından eşitməmişəm, çünki onun yaratdığı vergi sistemi bizim hamımıza aid idi. Mahiyyətcə bütün bu nəhəng ölkə onun kassasında "oturub”. Fantastik səslənsə də, o, bütün vurulan qəbzləri görür. O, hər qutu südün və ya hər kiloqram qəndin satışını qeydə alır. Bütün ölkə boyu! Və əlbətdə bu, ağlasığmaz nailiyyətdir”, - biznesmen deyib.

Ağalarovun fikrincə, əgər Mişustin vergidə olduğu kimi hökumət başçısı olaraq pulların xərclənməsi üzərində də o cür nəzarət qura bilsə, nəticəsini tezliklə görmək mümkün olacaq:

"Əgər büdcə pullarını düzgün xərcləməyə başlasaq, həmin pullar iqtisadiyyata xeyir verəcək. Nəticədə minimal əmək haqqını qaldırmaq imkanı yaranacaq. Deməli, kasıblıqla da mübarizə aparmaq mümkün olacaq".

Tarix
2020.01.21 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla