Yuxarı

Putin Çindən niyə qorxur? - Bloomberg

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Çindən niyə qorxur? - Bloomberg

"ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar və Çinin daha da güclənməsindən qorxan Rusiya özünə yeni dost və gəlir mənbəyi axtarışındadır".

Axar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məqaləsində qeyd olunub. Agentlik Rusiyanın yeni gəlir mənbələri əldə etmək məqsədi ilə Asiyaya üz tutduğunu yazıb:

"Rusiyanın Pakistan ilə yeni bir strateji müqavilə imzalaması, Putinin Hindistana səfəri, Rusiyanın İndoneziyada qəzaya uğrayan Malayziya təyyarəsinin axtarışlarına kömək etməsi, Kim Çen İni Şimali Koreyanın xaricinə çıxmağa razı salmaq - bütün bunlar Rusiyanın yeni müttəfiqlər axtarışının göstəricisidir. Putin Asiya ilə olduqca nəzakətli davranır. Rusiya son aylarda Hindistan, Yaponiya, Cənubi Koreya, İndoneziya və Pakistan ilə danışıqlar aparır. Rusiya Asiyadakı tək böyük müttəfiqi Çindən fərqli olaraq, başqa sahələrə yönəlməyə çalışır. Lakin Rusiya ən böyük ticarət ortaqlarından biri olan Çini görməzlikdən gələ bilməz. Çünki iki ölkə mütəmadi olaraq hərbi manevrlər təşkil edir və Çin Rusiyadan qaz alır".

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya proqramı üzrə direktoru Andrev Kuçins isə Rusiyanın Çinin daha da inkişaf etməsindən qorxduğu üçün investisiyaları başqa Asiya ölkələrinə yönləndirdiyini bildirib.

Tarix
2015.02.16 / 21:08
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla