Yuxarı

Fransada yəhudi məzarlığı təhqir edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada yəhudi məzarlığı təhqir edildi

Fransanın şərqində, Almaniya ilə sərhədin cəmi bir neçə kilometrliyində yerləşən Elzasda yüzlərlə məzar təhqir edilib. Hadisə Aşağı Reyn departamentinin Sarr-Yunion yaşayış məntəqəsində baş verib.

AzərTAc xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznyov məlumat verib. Lakin o, məzarların necə təhqir edildiyini açıqlamayıb. İstintaq dairələrindən əldə olunan məlumata görə, naməlum şəxslər 400 məzardan təqribən 300-nə ziyan vurublar.

Yelisey Sarayının məlumatına görə, Fransa Prezidenti Fransua Olland bildirib ki, hakimiyyət orqanları "bu mənfur və vəhşi əmələ" görə məsuliyyət daşıyanların tezliklə tapılıb cəzalandırılması üçün mümkün olan hər şeyi edəcəklər.

Sarr-Yunionda yerləşən yəhudi məzarlığı daha əvvəl də təhqir edilib. 1988-ci ildə təqribən 60 başdaşı uçurdulub, 2001-ci ildə isə cinayətkarlar 54 məzarı dağıdıblar.

Tarix
2015.02.16 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla