Yuxarı

"Qloriya" İspaniyanın bu hissəsini cənginə aldı: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qloriya" İspaniyanın bu hissəsini cənginə aldı: ölənlər var

İspaniyada “Qloriya” fırtınası nəticəsində səkkiz adam həlak olub, dörd nəfər itkin düşüb. Ölkə hökuməti yaxın bir neçə saatda onların sayının artacağından ehtiyat edir.

Axar.az xəbər verir ki, dördüncü gündür İspaniyada tüğyan edən “Qloriya” fırtınası Aralıq dənizi sahillərinə güclü külək, leysan, habelə ölkənin bəzi rayonlarına qar gətirib. Sahildəki onlarca çimərliyi su yuyub aparıb. Kataloniyada dəniz del Ebro deltasındakı çəltik əkinlərini suya qərq edib. Bir neçə bələdiyyə “fəlakət zonası” elan etməyi planlaşdırır. Regiona ciddi iqtisadi ziyan dəyib. Kataloniyanın 100-dən çox bələdiyyəsində fırtına nəticəsində 30 minədək sakin işıqsız qalıb.

Valensiya hökuməti yanvarın 24-də fırtınanın ciddi ziyan vurduğu turizm istiqamətlərinə və daxili regionlara yardım haqqında çərçivə fərmanını təsdiq edəcək.

Araqonda təqribən 200 min sakin elektrik xətlərinin sıradan çıxması səbəbindən işıqsız qalıb. Əlverişsiz hava bölgə ərazisinin böyük hissəsini cənginə alıb.

Tarix
2020.01.23 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla