Yuxarı

Bu ölkədə elektrik bərələri işləyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə elektrik bərələri işləyəcək

Norveç paytaxtında elektrik mühərrikli sərnişin bərələri işləyəcək.

Azərtac xəbər verir ki, bərələr Norveçin paytaxtı Oslo şəhərində nəqliyyatın mühüm növü kimi çox populyardır. Lakin ətraf mühit üçün zərərli olan daxiliyanma mühərriklərindən istifadə olunmasından imtina edilməsi planlaşdırılır. Bununla əlaqədar, Krallıqda şəhər bərələrindən tədricən elektrik mühərriklərinə keçmək barədə qərar qəbul edilib.

Osloda elektrik mühərriki ilə işləyən ilk sərnişin bərələrinin 2021-ci ildən istifadəyə verilməlidir. Şəhər nəqliyyatının idarə edilməsi ilə məşğul olan “Ruter AS” şirkəti və daşımalar üzrə operator “Boreal Norge AS” şirkəti arasında sazişdə bu tipli bərələrə keçid nəzərdə tutulub.

Yeni bərələr Oslo meriyasındakı limandan “Oslo-fyord” adalarına qədər izdihamlı marşrutlarda istifadə ediləcək. Bu marşrutlar xüsusən yay aylarında həm yerli sakinlər, həm də turistlər arasında çox populyardır.

Osloda ictimai nəqliyyatın idarə edilməsi ilə məşğul olan “Ruter AS” şirkətində bildiriblər ki, yeni bərələr böyük marağa səbəb olub. Şirkətdə deyiblər: “Yeni bərələrin istismar xərcləri hazırda istifadə edilən gəmilərin istismar xərclərindən çox deyil, lakin onların istehsalı adi mühərriklə işləyən analoji gəmilərin istehsalı ilə müqayisədə baha başa gəlir. Yeni sərnişin bərələrinin dizaynında və layihələşdirilməsində ən müasir texnologiyalardan istifadə edilməsi hər bərənin sərnişin tutumunu 350 nəfərə çatdırmağa imkan verir. Bu isə hazırda istifadədə olan bərələrin sərnişin tutumu (236 nəfər) ilə müqayisədə xeyli çoxdur.

Tarix
2020.01.23 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla