Yuxarı

Donbas separatçıları arasında benzin müharibəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqansk vilayətində qondarma Luqansk Xalq Respublikasının (LXR) separatçı dəstələri ilə kazaklar arasında benzin müharibəsi başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Dmitri Tımçuk özünün Feysbuk səhifəsində yazıb.

Ekspertin sözlərinə görə, LXR-in nəzarət etdiyi ərazilərdə separatçılarla kazak birləşmələri arasında benzin satışı üstündə gərginlik yaranıb.

"Luqansk vilayətinin cənubundakı yanacaqdoldurma stansiyalarının 80 faizinə kazaklar nəzarət edir. Həmin rayona benzin Rusiyadan iki istiqamətdə – silahlı mühafizə ilə müşayiət olunan yük maşınları və qaçaq boru kəməri vasitəsilə gətirilir. LXR rəhbərliyi kazaklardan kəmərlə gətirilən benzini respublikanın ixtiyarına verməyi tələb etsələr də, kazaklar bizneslərini əldən vermək istəmir. Yanvarın sonunda kazakların nəzarət etdiyi iki yanacaqdoldurma məntəqəsi təxribat nəticəsində partladılmışdı", - Tımçuk bildirib.

Tarix
2015.02.17 / 12:43
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla