Yuxarı

Putinə qəti olaraq dedim ki... - Lukaşenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinə qəti olaraq dedim ki... - Lukaşenko

Belarusun suverenliyinin Rusiya tərəfindən ləğvinə gedə bilmərəm, əks təqdirdə belaruslar bu qərarın qəbulundan sonrakı bir il ərzində məni yeyərlər.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim öz ölkəmiz var. Biz suverenik və müstəqilik. Biz öz beynimizlə və əlimizlə ölkəmizi tikmişik. Hansısa ölkənin bir hissəsi ola bilmərik. Mən sizi satmaq və Belarusu ləğv etmək istəmirəm. Mən Rusiya Prezidenti ilə danışıqlarda birmənalı olaraq demişəm ki, bunu Belarusla heç kim edə bilməz”, – deyə Lukaşenko bildirib.

O, Belarusun son prezidenti olmaq istəmədiyini də deyib.

Prezident övladlarının Belarusda gələcəkdə də sülh içində yaşamasını istədiyini bildirib.

Lukaşenko Minskin ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ ilə neft tədarükü ilə bağlı danışıqlar apardığını xatırladıb:

“Onlarla mükəmməl münasibətim var. Deyirlər ki, nə qədər istəyirsinizsə, o qədər neft tədarük edə bilərik. Bu ölkələrdə neftin keyfiyyəti çox yaxşıdır”.

Qeyd edək ki, Belarus keyfiyyətinin aşağı olması səbəbindən Rusiyadan neft tədarükü dayandırıb.

Tarix
2020.01.24 / 18:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla