Yuxarı

Türkiyədə 3 dəhşətli zəlzələ: 554 yaralı, 18 ölü... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.01.24. 22:30

Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qəndilli rəsədxanası məlumat yayıb.

Zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.

Yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.

***

Zəlzələ zamanı Malatyanın Doğanyol ərazisində 1 nəfər həyatını itirib.

Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu NTV-də çıxışı zamanı deyib.

Avropa Aralıq Seysmoloji Mərkəzi isə zəlzələnin 120 milyon insan tərəfindən hiss edildiyini bildirib.

***

Elazığda 5,4 bal gücündə daha bir zəlzələ baş verib.

"İki vətəndaşımız Elazığda, iki vətəndaşımız isə Malatyada həyatını itirib. Elazığ Mədəndə 4-5 mərtəbəli bina dağılıb. İçində yaşayanlar vardı", - Süleyman Soylu bildirib.

***

Elazığda yerli vaxtla 20:55-də (Bakı vaxtı ilə 21:55-də) baş verən 6,8 ballıq zəlzələnin yerin 6,75 km dərinliyində qeydə alındığı bildirilib.

Qəndilli Rəsədxanası zəlzələnin 6,5 bal gücündə olduğunu rəsmən təsdiqləyib.

Zəlzələ Kilisdən Samsuna qədər hiss edilib.

Bunun ardınca isə Bakı vaxtı ilə 22:08-də 5,4, 22,17-də isə 5,1 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

***

Elazığda güclü zəlzələdən sonra AFAD (Fövqəladə Hallar İdarəsi) dağıntıların qeydə alındığı binalara daxil olmamağı tövsiyyə edib.

Qurum əhaliyə xəbərdarlığında kommunal xətləri bağlamağı, rabitə əlaqəsində SMS və internetdən istifadə etməyi, fövqəladə halları nəzərə alaraq avtomobill yollarında sıxlıq yaratmamağı vacibliyini qeyd edib.

***

Son məlumata görə, Elazığda 44, Malatyada 40 olmaqla, ümumilikdə 84 nəfərin yaralanıb.

Bu barədə S.Soylu açıqlama verib.

***

Son məlumata görə, zəlzələ nəticəsində 6 nəfər ölüb, 225 nəfər isə yaralanıb.

Elazığ valisi yaralılardan ikisinin vəziyyətinin çox ağır olduğunu bildirib.

Əhaliyə evinə girməmək çağırışı edilib. Bölgəyə 1689 çadır, 1665 yataq, 9,2 min adyal göndərilib.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 14, yaralıların sayı 300 nəfərə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

"Madən və Sivricədə dağılan binaların olduğu bilgisi var. Elazığ və ətraf bölgələrdə araşdırmalar davam edir. Elazığ hava limanı fəaliyyətini bərpa edib.

Zəlzələdən sonra bütün qurumlar fövqəladə vəziyyətə gətirilib. Baş Qərargah başda olmaqla, bütün fövqəladə vəziyyət mərkəzləri aktiv edilib”, - məlumatda bildirilib.

Əraziyə 493 axtarış-xilasetmə qrupu cəlb edilib.

***

Hazırkı məlumata əsasən, Malatyada 5, Elazığda 10 olmaqla, 15 nəfər həyatını itirib, 405 yaralı var.

Bu barədə Süleyman Soylu məlumat yayıb. Onun sözlərinə görə, 30 nəfər itkindir və axtarılır.

"Ağır yaralıların 3-ü Malatyada, 2-si Elazığdadır. Elazığda ikisi ürək tutmadan olmaqla, 13 nəfər ölüb", - bu sözləri isə Səhiyyə naziri Fəxrəddin Xoca deyib.

***

S.Soylu Elazığda 13, Malatyada 5 nəfərin öldüyünü, 553 yaralının olduğunu açıqlayıb.

***

Yaralı sayı 554-ə çatıb, ümumilikdə xəstəxanalara müraciət edənlərin sayı isə 651-dir.

6,8 ballıq zəlzələnin ardından bu saata qədər 97 afterşok qeydə alınıb.

Tarix
2020.01.25 / 04:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla