Yuxarı

Qlobal böhrana görə 250 ekspert toplanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qlobal böhrana görə 250 ekspert toplanır

Yanvarın 27-dən fevralın 1-dək Portuqaliyanın Faro şəhərində qlobal iqlim dəyişmələri üzrə 250-dən artıq ekspertin görüşü təşkil olunacaq.

Axar.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupu tərəfindən təşkil olunan iclas Alqarve Universitetində keçiriləcək. Dünyanın 60 ölkəsindən olan ekspertləri birləşdirən qrup iqlim dəyişmələrinin ekosistemə və insan fəaliyyətinə təsiri barədə məruzə hazırlayacaqlar. Bu sistemlərin iqlim dəyişmələrinə uyğunlaşdırılması və iqlimlə bağlı risklərin azaldılması yollarından ötrü imkanları və məhdudlaşdırılması təhlil olunacaq.

Eyni zamanda, ölkələr qlobal istiləşmənin 2 dərəcə Selsidən aşağı saxlamaq və 1,5 dərəcə Selsiyədək azaltmağı qarşısına məqsəd qoyan istixana qazlarının azaldılması barədə Paris Sazişinin hədəflərindən birinə nail olunması istiqamətində irəliləməni dəyərləndirəcəklər.

Dünyanın hər bir yerindən yüzlərlə alimi birləşdirən ekspert qrupunun fəaliyyəti 2007-ci ildə Nobel mükafatına layiq görülüb.

Tarix
2020.01.26 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla