Yuxarı

ABŞ-dan suriyalılara milyonluq yardım

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan suriyalılara milyonluq yardım

ABŞ BMT-nin Dünya Qida Proqramına suriyalılar üçün 125 milyon dollar vəsait ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Kelli Klements BMT-nin Cenevrə ofisində təşkil olunan mətbuat konfransında məlumat verib. O, Suriyada davam edən müharibə nəticəsində 12,2 milyon insanın yardıma ehtiyacı olduğunu deyərək ölkəsinin indiyədək bu ölkəyə 3 milyard dollar vəsait xərclədiyini bildirib:

"Ediləcək yardımın 50 milyon dolları hazırda Suriyada yaşayan vətəndaşlara, 70 milyon dolları isə qonşu ölkələrə gedən suriyalılara xərclənəcək".

Xatırladaq ki, BMT-nin hesabatına görə, hazırda 12 milyon suriyalının yardıma ehtiyacı var. Ümumilikdə 7,6 milyon vətəndaş öz evindən didərgin düşüb. Onlardan 3,3 milyonu qonşu ölkələrə sığınıb.

Müharibə nəticəsində 220 min insan öldürülüb, 1 milyon insan isə yaralanıb.

Tarix
2015.02.18 / 01:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla