Yuxarı

13 yaşlı İŞİD-çidən vəhşət doğuran sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 yaşlı İŞİD-çidən vəhşət doğuran sözlər

13 yaşlı səudiyyəli Xalid İŞİD terrorçularına qoşulmasından danışıb. O, yeniyetmələrin "beyninin necə yuyulduğu" barədə fransalı jurnalist Kristof Boltanskiyə müsahibə verib.

Axar.az-ın "Sana"ya istinadən xəbərinə görə, Xalid İŞİD cərgələrinə 2014-cü ildə 14 yaşlı əmisi oğlu ilə birlikdə qoşulub. Yeniyetmələri "Xilafət" nümayəndəsi Əbu Əl-Xeyr Əl-İraqi qəbul edib. Yeniyetmə bildirib ki, İŞİD terorçularının işğalında olan ərazilərdə bütün məktəblər bağlanııb. Uşaqlar üçün nəzərdə tutulan bütün telekanallar qadağan edilib.

Terrorçuların özünə xüsusi cəzavermə dəstələri mövcuddur.

Onlar mobil telefonlara nəzarət edir, siqaret çəkənləri cəzalandırır. Hər hansı bir xətaya görə insanları 4 həftəyə kimi həbs edirlər. Qadınlara yalnız niqabda gəzməyə imkan verilir.

Paltarlar mütləq İŞİD tərəfindən təyin edilən dükanlardan alınmalıdır.

Jurnalist yazıb ki, Xalid kimi 300 yeniyetməni səhraya təlim mərkəzi adlanan yerə aparıblar. Onlar orada fransız terrorçu Əbu Musaab Əl-Fransinin rəhbərliyi altında fiziki hərbi təlim keçiblər.

İki il təlimdən sonra Xalid və yaşıdları Rakka şəhəri yaxınlığında olan tarif məntəqəsinə döyüşə göndərilib. Döyüş təcrübəsi olmayan uşaqlar həlak olublar.

Xalidin sözlərinə görə, o, kiminlə döyüşdüyünü heç bilmirdi. Sonradan məlum olur ki, onlar digər terrorçu təşkilat olan "Əhrar əş-Şam" adlı dəstə ilə döyüşüblər. Səudiyyəli yeniyetmə sonradan Türkiyəyə qaçmağa nail olub.

Tarix
2015.02.18 / 02:12
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla