Yuxarı

FSB türkləri ruslara satan siyasətçini tələyə saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FSB türkləri ruslara satan siyasətçini tələyə saldı

Krımın keçmiş baş nazirinin müavini, hazırda Tatarıstanın Qazaxıstandakı rəsmi nümayəndəsi Rüstəm Temirqalıyev Ukraynanın "Oşad Bank"ının qızıllarını ələ keçirməkdə günahlandırılır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Federal Təhlükəsizlik Xidmətinin Krım şöbəsinin rəhbəri Viktor Palaqin çıxış edib.

O, hazırda Temirqalıyevə açılan cinayət işinin FSB tərəfindən araşdırıldığını bildirib:

"Hazırda Temirqalıyevin 300 kiloqram qızıl ələ keçirməsi məsələsi araşdırılır. Onunla bərabər FSB Nazirlər Kabinetinin sədrinin məsləhətçisi Vasilçenkoya qarşı da cinayət işi açılıb".

Rüstəm Temirqalıyevin atası İlmir Temirqalıyev 2014-cü ilə qədər Krım tatarlarına rəhbərlik edib. Keçən ilin martında ata Temirqalıyev Tatarıstanın Krımdakı daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

Temirqalıyev Rusiya Krımı anneksiya edən zaman Krım tatarlarının əleyhinə olaraq Moskvanı dəstəkləyən əsas şəxslər sırasında öncül yerlərdən birini tutmuşdu.

Tarix
2015.02.18 / 08:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla