Yuxarı

Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib - 47 il...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib - 47 il...

Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Məhməd Baydar və onun müavini Bahadur Dəmirin erməni terrorçu Qurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən 47 il ötür.

Axar.az xəbər verir ki, bu qanlı hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında mərhum diplomatların xatirəsi yad edilib.

Qeyd edək ki, 1973-cü il yanvarın 27-də türkiyəli diplomatları güllələyən erməni terrorçu yerdə can verən diplomatların başına da atəş açıb. Törətdiyi cinayəti etiraf edən terrorçu Q.Yanikiyan məhkəmə salonunda bu addımı digər ermənilər üçün örnək olaraq atdığını bildirib. ABŞ məhkəməsi onu siyasi terrorçu kimi mühakimə edərək ömürlük həbs cəzası ilə azadlıqdan məhrum edib.

Cari ilin may ayında mərhum Bahadur Dəmirin həyat yoldaşı, təqaüddə olan səfir Sina Baydur media vasitəsilə təcavüzkar Ermənistanın prezidentinə açıq məktub göndərib. O, məktubda erməni terrorçu Q.Yanikiyanın nəşinin İrəvandakı hərbi məzarlıqda dəfn olunmasına etirazını bildirib.

Terrorçu Q.Yanikiyanın nəşinin İrəvanda dəfn olunması ilə bağlı qərar bir daha təsdiq edib ki, terrorçuları qəhrəmanlaşdırmaq təcavüzkar Ermənistanın dövlət siyasətidir.

Tarix
2020.01.27 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla