Yuxarı

Putinin məxfi Krım və Donbas planı üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin məxfi Krım və Donbas planı üzə çıxdı

Rusiya hələ Yanukoviç hakimiyyətdə olarkən Krım və Donbası birləşdirmək istəyirdi.

Axar.az xəbər verir ki, bunu Rusiyada dərc olunan "Novaya Qazeta"nın baş redaktoru Dmitri Muradov "Exo Moskva"nın efirində deyib.

Muradov bununla bağlı əlində hakimiyyətin yuxarı dairələrindən əldə etdiyi mühüm sənədin olduğunu da bildirib:

"Bizim əlimizə heç kimin bilmədiyi, heç yerdə yayımlanmayan sənəd düşüb. Biz onu gələn həftə dərc etməyə hazırlaşırıq, buna görə də mən həmin sənəddə nə yazıldığını oxumayacam", - Muratov qeyd edib.

Baş redaktorun sözlərinə görə, sənəddə Rusiyanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələlərə müdaxilə etməsinin vacibliyi qeyd olunub. Çünki Rusiya təkcə Ukraynadakı enerji satışı bazarını deyil, həm də bu ölkənin qaz nəqli sisteminə nəzarəti itirirdi:

"Bu da "Qazprom"un Mərkəzi və Cənubi Avropadakı mövqeyinə və bizim iqtisadiyyatımıza ciddi zərbə demək idi. Bu sənədi hazırlayan şəxslər xüsusi vurğulayıblar ki, Yanukoviçin hakimiyyətdə qalması hər an başa çata bilər və ölkənin müxtəlif regionlarındakı mərkəzdənqaçma səyləri ilə düzgün oynamaq lazımdır. Bu və ya digər formada Ukraynanın şərq regionlarının birləşdirilməsinə başlanılmalıdır".

Baş redaktor hətta sənəddən bəzi sitatlar da gətirib:

"Üç əsas şüarla Ukrayna xalqının, ölkənin şərqinin və Krımın yardımına getmək lazımdır. Birincisi, federallaşma, hətta qərbyönlü və millətçi qüvvələrin həmin regionların işinə qarışmaması şərtilə konfederallaşma. Daha sonra şərqi və cənub-şərq regionlarının Kiyevdən ayrı şəkildə Gömrük İttifaqında iştirakını təmin etmək. Sonda isə sözügedən regionların Rusiyaya tam birləşdirilməsinə nail olmaq. Rusiya iqtisadi inkişaf və sosial sabitliyin əsas və yeganə təminatçısıdır".

Muradov bildirib ki, sənəd təxminən 4-15 fevral tarixləri arasında, yəni Yanukoviçin hakimiyyətdə olduğu vaxt hazırlanıb.

Tarix
2015.02.19 / 10:32
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla