Yuxarı

Daha bir qurum koronavirusa qarşı hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir qurum koronavirusa qarşı hərəkətə keçdi

Çində yayılan koronavirusla əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb.

DANX-dan Axar.az-a verilən məlumata görə, avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb.

“Nəzərinizə çatdıraq ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqda daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq”, - qurumdan bildirilib.

Tarix
2020.02.01 / 21:41
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla