Yuxarı

Avropa İttifaqı viza şərtlərini dəyişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa İttifaqı viza şərtlərini dəyişdi

Avropa İttifaqı viza almaq qaydalarını dəyişdirib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, indi viza almaq üçün səfərə yarım il qalmış müraciət etmək mümkündür. Əvvəl isə bu müddət üç aya kimi idi. Yaşadığın ölkədə sənəd vermək indi elektron formada da mümkün olacaq. Lakin 59 ayda bir dəfə şəxsən müraciət etmək gərək olacaq ki, bu da barmaq izinin götürülməsi üçün lazımdır.

Avropa İttifaqı həmçinin, dəfələrlə sənəd verənlər üçün şərtləri sadələşdirib. İndi müsbət viza tarixçəsi olan şəxslər tədricən viza müddətini uzatmaqla beş ilə kimi çatdıra bilərlər.

Viza müraciətlərinə baxmaq üçün maksimal müddət isə dəyişməyib, 15 gün olaraq qalır. Yalnız istisna hallarda bu, 45 günə qədər uzana bilər.

Qeyd olunur ki, bu şərtlər vətəndaşlarına Avropa İttifaqı ölkələrinə getmək üçün viza tələb olunan 105 dövlətdə eyni olacaq. Digər vizasız rejimdə olan ölkələr üçün isə heç nə dəyişməyib.

Şərtlərin dəyişilməsi qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.

Tarix
2020.02.02 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla