Yuxarı

Çində koronavirusdan ölənlərin sayı 361 nəfərə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində koronavirusdan ölənlərin sayı 361 nəfərə çatdı

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 17 min 245 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 361 nəfərə çatıb.

Axar.az xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21 mini ötüb. İndiyədək 475 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 300 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 350-si virusun aşkarlandığı və ən çox yayıldığı (11 min 777 nəfər) Xubey vilayətində qeydə alınıb.

Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 152 min nəfər müəyyən edilərək həkim nəzarəti altına alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə 150-dən çox adamın virusa yoluxması təsdiqlənib. Artıq Çindən kənarda - Filippində bu virusdan ilk ölüm faktı da qeydə alınıb.

Tarix
2020.02.03 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla