Yuxarı

AB-dən "Əsrin müqaviləsi"nə gözlənilməz - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən "Əsrin müqaviləsi"nə gözlənilməz - Reaksiya

İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi” planı Avropa İttifaqı (Aİ) tərəfindən də qəbul olunmayıb.

Axar.az xəbər verir ki, İrana səfərindən sonra bu bəyanatla Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borelli çıxış edib.

Onun yaydığı yazılı bəyanatda bildirilir ki, Avropa İttifaqı İordan çayının Qərb sahilinin İsrailin tərkibində qalmasını qəbul etmir. Qurum 1967-ci ildən sonra İsrailin zəbt etdiyi ərazilər üzərindəki suverenliyini tanımır.

Bununla yanaşı, C.Borelli bildirib ki, Aİ ABŞ-la NATO çərçivəsində əməkdaşlığını davam etdirəcək və İsrail-Fələstin münaqişəsinin həlli üçün səylərini artıracaq. Bu istiqamətdə irəli sürülən sülh təşəbbüsləri Aİ tərəfindən dəstəklənəcək. Hələlik ABŞ sensasiya xarakteri daşıyan bu bəyanata cavab verməyib.

Xatırladaq ki, yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həll edilməsi üçün “Əsrin müqaviləsi” adlı plan təqdim edib. Bu plan ərəb dünyasında birmənalı qarşılanmayıb. Türkiyə, İran, Livan, Yəmən, İraq və Bəhreyndə Trampın planının əleyhinə kütləvi aksiyalar keçirilib. Bununla yanaşı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı da təcili toplantı keçirərək, planın qəbuledilməz olduğunu bəyan etdilər. Bu təşkilatların ardınca isə Avropa İttifaqı plana mənfi münasibətini bildirib.

Tarix
2020.02.05 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla