Yuxarı

Qazaxıstanda kütləvi dava: 8 ölü, 40-dan çox yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda kütləvi dava: 8 ölü, 40-dan çox yaralı

11:46

Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda baş verən kütləvi dava nəticəsində 8 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Xəsarət alanlardan ikisi polis əməkdaşıdır.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqımbayev mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fevralın 7-də saat 19:00-da növbətçi polis hissəsinə Korday rayonunun Masançi kəndində 70 nəfərin iştirak etdiyi kütləvi dava haqqında məlumat daxil olub. Davaya qoşulanların sayı sonradan 300 nəfərə çatıb.

İlkin məlumata görə, münaqişənin gedişində 30-dan çox evə, 15 ticarət obyektinə və 23 avtomobilə ziyan dəyib. İğtişaşlarda iştirak edən şəxslərdən 47-si saxlanılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tvitterdə insidenti şərh edərək bildirib ki, Jambıl vilayətində ictimai qaydanın və təhlükəsizliyin pozulmasında təqsirkar olanlar ciddi şəkildə cəzalandırılacaqlar.

Tarix
2020.02.08 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla