Yuxarı

25 nəfəri güllələyən əsgər məhv edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
25 nəfəri güllələyən əsgər məhv edildi - Video

2020.02.08 - 18:49

Tailandda əsgər 17 nəfəri öldürüb.

Axar.az xəbər verir ki, Tailandın Kançanaburi əyalətinə bağlı Muanq bölgəsində Çakrafant Tomma adlı əsgər komandirini və iki əsgər yoldaşını öldürdükdən sonra kazarmadan qaçıb.

Daha sonra kazarmadan kənarda mülki şəxslərə atəş açan əsgər ticarət mərkəzlərindən birinə daxil olaraq insanları girov götürüb.

Bildirilir ki, silahlı insident zamanı ən azı 17 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Törətdiyi cinayət əməlini Feysbukda canlı yayımlayan əsgər silahla olan fotosunu “Yorğunam” şərhi ilə paylaşıb.

***

Atışmada ölənlərin sayı azı 21 nəfərə çatıb.

***

Tailandda əsgərin açdığı atəş nəticəsində yaralananların sayı 31 nəfərə çatıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə Tailandın Səhiyyə Nazirliyi xəsarət alanlardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib.

Ölənlərin sayının artacağı istisna edilmir.

***

Tailandda 21 nəfəri öldürən əsgər avtodayanacaqda təhlükəsizlik qüvvələri ilə atışıb.

Bu barədə məlumat yayan Tailand televiziyası onun daha sonra dayanacağın binasını tərk etməyi bacardığını və qaçdığını yazıb.

Tailand Müdafiə Nazirliyi isə 32 yaşlı qatilin peşəkar hərbçi, snayper üzrə instruktir, xüsusi təyinatlı olduğu barədə Tailand Müdafiə Nazirliyi açıqlama yayıb.

***

Quru qoşunlarının serjantı olan cinayətkar xüsusi təyinatlı əsgəri öldürüb, daha sonra isə mühasirədən çıxaraq gizlənib.

9 saatdan artıq girov saxlanılan şəxslər artıq azad edilib. Hazırda ərazidə bir nəfər də olsun, mülki şəxs yoxdur.

Xüsusi təyinatlılar isə ərazini mühasirədə saxlayırlar. Onların fikrincə, qatil uzağa gedə bilməz.

***

Quru qoşunlarının əsgəri, Nakxonratçasimada 25 nəfəri öldürən 32 yaşlı kapral Çakrafant Txomma zərərsizləşdirilib.

Onun xüsusi təyinatlıların əməliyyatı nəticəsində məhv edildiyi açıqlanıb.

Qeyd edək ki, atışmada 63 nəfərin də yaralandığı bildirilir ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Tarix
2020.02.09 / 13:03
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla