Yuxarı

PKK şüarlarını silmək istəyən gənc öldürüldü – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK şüarlarını silmək istəyən gənc öldürüldü – Video

Türkiyənin Egey Universitetində iki gündür ki, terrorist qrupla milliyyətçi tələbə qrupu arasında gərginlik yaşanır.

Axar.az xəbər verir ki, dünən axşam saatlarında gərginlik böyüyərək kütləvi davaya çevrilib. Təxminən 300 nəfərin qarışdığı davada bıçaq, zopa və daşdan istifadə edilib.

Davada iki tələbə bıçaqla ağır yara alıb, çoxlu tələbə yüngül şəkildə yaralanıb. PKK yandaşlarının hücumu nəticəsində arteriyaları kəsilən "Ülkü Ocaqları" başqanı Fırat Çakıroğlu Egey Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Xəstəxanada göstərilən bütün yardımlara rəğmən, gənc tələbə xilas edilə bilməyərək həlak olub.

Dostlarının öldüyünü öyrənən millətçi qrup xəstəxananın təcili yardım xidməti qarşısında toplanıb. Polis bəzi tələbələrin ifadəsini almaq üçün polis idarəsinə aparıb. Universitet içində və yataqxanaların qarşısında təhlükəsizlik tədbirləri görülüb, eyni zamanda, hadisənin necə baş verdiyini dəqiqləşdirmək üçün universitet kameraları asayiş əməkdaşları tərəfindən götürüb.

Qeyd edək ki, bəzi xəbər saytlarında dava edən tələbələrin "sağ-sol" baxışlı olduğu yazılsa da, əslində, dava milliyyətçi gənclərlə PKK-lı gənclər arasında baş verib. Mübahisə milliyyətçi gənclərin PKK yandaşlarının Universitetin divarlarına terrora, hətta Apoya dəstək verən şüarlar yazmasına etiraz etməsi üstündə yaranıb.

Tarix
2015.02.21 / 11:03
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla