Yuxarı

Tramp Kim Çenlə görüşmək istəmir - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Kim Çenlə görüşmək istəmir - Səbəb

ABŞ Prezidenti Donald Tramp noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək istəmir.

Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ağ Evdən olan mənbənin məlumatına görə, Tramp və onun yaxınları KXDR ilə nüvəsizləşdirmə barədə danışıqlar aparmağa tələsmirlər, çünki bundan olan risk potensial səmərəni üstələyir. Bundan başqa, ABŞ tətbiq etdiyi sanksiyaları azaltmayınca, - bu da çətin ki yaxın vaxtlarda baş tutsun, - Pxenyan münasibətlərin normallaşdırılmasına razı olmayacaq.

Kim Çen İn və Donald Tramp 2019-cu il iyunun 30-da Pxanmuncomda görüşərkən nüvəsizləşdirmə mövzusu (bu mövzu fevral ayında Hanoyda keçirilmiş Sammitdə nəticəsiz başa çatmışdı) üzrə məsləhətləşmələri işçi səviyyəsində bərpa etmək barədə razılığa gəlmişdilər. Razılığa əsasən ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etmək üçün oktyabrın 5-də Stokholmda görüşüblər. Lakin 2019-cu ilin sonunadək Vaşinqton və Pxenyan arasında dialoq qurmaq mümkün olmayıb.

Tarix
2020.02.11 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla