Yuxarı

Özəl şirkətlər satışda faiz tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özəl şirkətlər satışda faiz tətbiq etdi

Ölkədə topdan qida satışı ilə məşğul olan şirkətlər nağd satışa keçib.

Axar.az-a daxil olan məlumata görə, qida sektorunda qabaqcıl şirkətlərdən sayılan "Veysəloğlu" firması artıq məhsullarını nağd şəkildə satmağa başlayıb. Ərzaq ticarəti ilə məşğul olan satıcılar deyir ki, şirkət yeni qaydanı bu gündən etibarən tətbiq edib:

"Əvvəllər mal gətirilirdi və bir ay ərzində məhsulun pulu ödənilirdi. Lakin bu gündən etibarən şirkət yeni qaydaya keçib. Satış nümayəndələri məhsulun pulunu öncədən tələb edir".

Bildirək ki, yeni qaydalar bununla bitmir. Satıcıların sözlərinə görə, məhsul həm də dolayısı ilə faizlə satılır:

"Hazırda çox az mağaza ola bilər ki, nağd alışa üstünlük versin. Ona görə də şirkət nümayəndələri qarşımızda iki şərt qoyub. Ya məhsullar nağd qiymətə alınmalı, ya da ayın sonunda 20 faiz artıq pul ödənilməlidir. Bu, qanunsuzluqdur. Topdan satış şirkətlərinin bu addımı da ərzaq qiymətlərinin artmasına səbəb olacaq".

Xatırladaq ki, manatın ucuzlaşmasından sui-istifadə hallarının qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi sabahdan reydlərə başlayacaq.

Tarix
2015.02.22 / 00:53
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla